Prezident İlham Əliyev: Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib

Bir neçə önəmli sənəd imzalamışıq. Onların arasında təbii ki, strateji əməkdaşlığın möhkəmləndirilməsi Bəyannaməsini xüsusilə qeyd etmək istərdim.

Bu barədə mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız deyib.

"Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib və Bolqarıstan prezidentinin növbəti səfəri bunun növbəti təzahürüdür", - Prezident İlham Əliyev bildirib.