Odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarından 1 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 125 müxtəlif çaplı patron aşkarlayaraq təhvil götürüblər.
Həmin gün həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 4 müxtəlif çaplı patron aşkarlanıb.

