Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı məlum olub
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
İyunun 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 1 tüfəng, 4 patron darağı və 46 patron aşkarlanaraq götürülüb.
Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 6 tüfəng, 1 patron darağı və 105 müxtəlif çaplı patronu təhvil götürüblər.

