Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, V.Şirinovun üzərində və avtomobilindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb.

O, narkotik vasitəni İran vətəndaşı "Əhməd" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdıraraq pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib. Saxlanılan şəxs əvvəllər də bir neçə dəfə İranda yaşayan narkotacirlərin təklifi ilə kuryerlik etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.