Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 1 patron darağı və 1930 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.