Bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi saatda 20 kilometrə endirilib. Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələri xahiş edilir”, - deyə məlumatda bildirilir.