Nərimanovda silahlı şəxsi tutan polis əməkdaşı olub - DİN

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, ötən il Bakıda gənc oğlan güllələnərək qətlə yetirilib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu odlu silahdan atəş açaraq 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunu qətlə yetirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.