Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə “Yubileylər silsiləsi” layihəsi çərçivəsində böyük maarifçi, filosof, alim, şair, yazıçı Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanmışdır.

Videoçarx Ümummilli Lider Heydər Əliyevin Abbasqulu ağa Bakıxanov haqqında söylədiyi fikirlə başlanır.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abbasqulu ağa Bakıxanov haqqında sözləri verilir.

Videoçarxda Abbasqulu ağa Bakıxanovun yaradıcılığı və elmi fəaliyyəti haqqında məlumat verilmişdir. Burada “Gülüstani-İrəm”, “Qanuni Qüdsi”, “Təhzibi-əxlaq” əsərləri haqqında məlumat da öz əksini tapmışdır.

İzləyicilərə A.Bakıxanov ədəbi irsinin Təbrizdə olan tədqiqatçısı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Hədyə Zəhra Əhmədi və xeyriyyəçi Şəhram Oromi tərəfindən A.Bakıxanovun “Mirat Ül-Cəmal” və “Təhzibi-əxlaq” əsərlərinin Azərbaycan dilinə ilk dəfə şərhlə tərcümə olunması haqqında məlumat verilir.

Videoçarxda A.Bakıxanovun qələm dostlarının fotoşəkilləri, görkəmli alimin əsərləri və təltifləri haqqında məlumat verilir. Videoçarxda böyük alimin xatirəsinin əbədiləşdirilməsi haqqında xüsusi bölmə ayrılmışdır.

Videoçarx aşağıdakı keçiddə izləyicilərə təqdim edilir:

https://www.youtube.com/watch?v=44tX1IzlueA