Polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər

İyulun 5-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 200 metadon həbi aşkar edilərək götürülüb.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.