Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerji sisteminə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.
Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak ediblər.