Ekologiya və təbii sərvətlər naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə növbəti görüşünü keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub, fərdi inkişaf planına nəzər salınıb. Həmçinin qalibin çalışdığı sahə üzrə növbəti addımları öyrənilib, mövcud potensialının inkişaf etdirilməsi istiqamətində ona tövsiyələr verilib.
Görüşdə, eyni zamanda, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

