Bakı şəhəri üzrə 29 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.

Mərkəzdən  verilən məlumata görə, bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə 29 aptekdə yoxlama aparılıb, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.

Aparılan yoxlamalar nəticəsində 5 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.