Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Yerveinsan.az-ın quruma istinadən xəbərinə görə, azad olunan ərazilərdə 29 iyul - 4 avqust tarixlərində 87 tank əleyhinə mina, 280 piyada əleyhinə mina, 8086 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 2790 hektar ərazi minalardan təmizlənib.