Paytaxtın bu hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə  AAYDA-dan məlumat verilib.

Məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.