İş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak edən müəllimlərin nəzərinə
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, avqustun 27-də təşkil olunacaq prosesin sənəd yoxlanışı mərhələsinə 140 müəllim dəvət olunub.

