Sabahdan Bakıda su əvvəlki rejimdə rejimdə veriləcək - RƏSMİ

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən  verilən məlumata görə, avqustun 24-ü səhər saatlarında Bakı şəhərinin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcəkdir.