Fövqəladə hallar naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 30-da Ağdaş şəhərində vətəndaşlarla görüşəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq. Görüş zamanı Ağdaş və Göyçay rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 29-də Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.
Görüşdə yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

