Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 26-da Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, vətəndaşlar qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı sentyabrın 25-dək Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi 52, əlaqə telefonu +994 22-254-45-15, +994 22-254-48-15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə görüşün keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.