MƏNİM ƏMƏK MÜƏLLİMİM ƏLƏDDİN NOVRUZOV


Müəllimlər günü mən də öz müəllimlərimi xatırlayıram. Bu müəllimlər sırasında əmək təlimi müəllimim Ələddin müəllimin xüsusi yeri var. Kimdir Ələddin müəllim? 

Novruzov Ələddin Əbdüləli oğlu 30 oktaybr 1941-ci ildə Göyçə mahalının Alçalı (Mollalı) kəndində doğulub.  1949-cu ilin dekabr ayında Alçalı (Mollalı) kəndindin əhalisini Yerevanda yük vaqonlarına mindirib Əli Bayramlının Cəngən kəndinə gətiriblər. Kənd əhalisi heç cür yerli iqlimə uyğunlaşa bilməyiblər. Alçalı (Mollalı) kəndinin sakinləri Fətəliyev Məhyəddin, Hüseynov Kamil, Həsənov Fərzalı, Abbasov Həmid, və.b Bakıya köç komisiyasına bildiridilər ki biz bu şəraitdə yaşaya bilmirik.  Bundan sonra kənd əhalisinin köç bileti Bərdə rayonunun İmirli kəndinə dəyişdirilib. 1952-ci ildə Bərdə rayonun İmirli kəndinə köçüblər. Ələddin Novruzov orta təhsilini İmirlidə və Bərdənin digər kəndlərində başa vurub. 1961-1966-ci illərdə Gəncə İnşaat Texnikomunda inşaat texniki ixtisası üzrə təhsil alıb. 30 dekabr 1974-cü ildə Fərzəliyeva Gülüsüm Musa qızı ilə ailə qurub. 1986-1990-cı illərdə Azərbaycan Pedeqoji İnstitunda əmək təlimi üzrə  ali təhsil alıb.  Uzun illər İmirli kəndində Əmək təlimindən dərs deyib. Ciddiyəti tələbkarlığı ilə seçilən Ələddin müəllim yaddaşlarda gözəl insan kimi qalıb.

 

Səməd Vəkilov

Tədqiqatçı-hüquqşünas