Bir sıra kolleclərin rəhbərlərinə şiddətli töhmət verilib
14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.
Qeyd edək ki, Agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcəkdir.