Emin Əmrullayev: Xarici alim və professorların Azərbaycana cəlb edilməsi mühüm hədəflər sırasındadır
Azərbaycanlı alimlərin dünya elminə inteqrasiyası, xarici alim və professorların Azərbaycana cəlb edilməsi mühüm hədəflər sırasındadır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Nazir bildirib ki, xarici alimlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün tətbiq edilən bəzi bürokratik prosedurlar bu prosesə mane olur: “Alimlərin rahat fəaliyyət göstərə bilməsi üçün mövcud qaydalara yenidən baxılmalıdır. Pilot layihələr çərçivəsində ali təhsil müəssisələrinə maliyyə dəstəyi ayrılır. Lakin bu maliyyə vəsaitlərinin effektiv istifadə edilməsində bəzi bürokratik maneələr mövcuddur”.//Azərtac