DSX hərbçisi sursat partlayışı nəticəsində həlak olub

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçisi sursat partlayışı nəticəsində həlak olub.
Xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musayev Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.