TKTA mart ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mart ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb.

Agentlikdən  bildirilib ki, mart ayı üzrə 273 nəfərdən 222-nin müraciəti barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 51 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 təhsil forması, 2 dövlət nümunəli olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması, 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ötən ay ölkələr üzrə Türkiyədən 84, Ukraynadan 62, Rusiyadan 49, Birləşmiş Krallıqdan 21, Gürcüstandan 14, Macarıstandan 11, Belarusdan 4, Polşadan 4, Kanadadan 3, Almaniya, Amerika Birləşmiş Ştatları, Estoniya, İtaliya, Koreya, Moldova, Sudandan hər ölkə üzrə 2, İsveçrə Konfederasiyası, Niderland Krallığı, Belçika Krallığı, Fransa, Avstriya, Latviya, Litvadan hər ölkə üzrə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat ixtisası üzrə 21, biznesin idarə edilməsi ixtisası üzrə 19, maliyyə ixtisası üzrə 19, menecment ixtisası üzrə 16, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 13 müraciət qeydə alınıb.