Dələduzluqla külli miqdarda vəsait ələ keçirən şəxs saxlanılıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluqla ələ keçirildiyini bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək bir nəfərdən 40000 manat, digərindən isə 6000 ABŞ dolları vəsait ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.