Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini iyunun 13-də dayandırıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın 141 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.