Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
Bu il Formula 1 Azərbaycan Qran-Prisi 56 telekanal vasitəsilə canlı yayımlanacaq.
Bu barədə Bakı Şəhər Halqasından bildirilib.
Yarışın yayımını “Sky Sports”, ESPN, “beIN Sports”, DAZN, TSN, “Canal+”, “Apple TV” və digər telekanallar həyata keçirəcək.
Azərbaycanda isə yayım hüququ “İdman Azərbaycan” telekanalına məxsusdur.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.

