Tofiq Əliyev Böyük Britaniyadada keçirilən yarışlarda uğurla çıxış edib
Tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev Böyük Britaniyadada keçirilən yarışlarda uğurla çıxış edib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
İdmançı Milli yaş qrupları finalı və Böyük Britaniya çempionatında 2 qızıl medal qazanıb.

