Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

 "Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.