Əksər rayonlarda küləkli hava şəraiti müşahidə olunub

İyunun 14-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, Şahdağ, Ceyrançöl, Naftalan, Şahbuz, Ordubad və Qəbələdə 1 millimetrdir.

İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb.

Bəzi yerlərdə qərb küləyi əsir, Şəkidə saniyədə 25, Naftalanda 22, Balakən, Oğuz, Xınalıqda 20, Tərtər, Mingəçevirdə 18, Culfada 16, Zaqatalada saniyədə 15 metrədək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan Muxtar Respublikasına 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınır.