DİN: Əməliyyat tədbirləri ilə 52 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20 min 359 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.