Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 19:17-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.