Laçında yabanı halda bitən 1 tondan çox çətənə kolu yandırılaraq məhv edilib

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.