Ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də və 29-da ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, və kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 10,5 tondan artıq çəkidə 26023 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.