“Azəriqaz” İB rəhbərliyi Şabranda sakinlərin müraciətlərini dinləyəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Şabran rayonunda vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da Heydər Əliyev Mərkəzində reallaşacaq.
“Azəriqaz” İB-dən bildirilib ki, görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.