Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində saxlanılan şəxsin “Tufan” və “Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2 min100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.
Araşdırma aparılır.