Dünən 5041 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 22-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yabanı halda bitmiş 2,7 tondan artıq çəkidə 5041 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.