Son iki gündə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 13-də və 14-də ümumi çəkisi 15,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.