Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 5 622,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.