“Bizim Məkan”da nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Zeynəb Salamulla qızı Bədəlovaya məxsus “Bizim Məkan” ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat daxil olub.
Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi masaların asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.