Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb

Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, polis əməkdaşları dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışovu saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.