Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs həbs olunub

Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T. Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən  verilən məlumata görə, ondan narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.