ADNSU - da “Planetin nəbzi” adlı maarifləndirici və interaktiv tədbir təşkil olunub - FOTO
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji kəşfiyyat fakültəsində tələbələr üçün “Planetin nəbzi” adlı maarifləndirici və interaktiv tədbir təşkil olunub. Tədbir ADNSU Tələbə Gənclər Təşkilatı-nın təşkilati dəstəyi ilə həyata keçirilib.
Yerveinsan.az xəbər verir ki, tədbir çərçivəsində geologiya və dağ-mədən işləri üzrə mütəxəssis, texniki elmlər üzrə fəlsəfə doktoru, ADNSU-nun “Faydalı qazıntı yataqlarının
geologiyası və işlənməsi” kafedrasının müəllimi Azər Şükürov ilə birlikdə tələbələrə geologiyanın əsas istiqamətləri, Yer kürəsinin daxili quruluşu, geodinamik proseslər və təbii resursların formalaşma mexanizmləri haqqında geniş məlumat verilib.
Eyni zamanda, tədbirdə müasir dövrdə geologiyanın rolu, xüsusilə enerji resurslarının araşdırılması, geotermal potensialın qiymətləndirilməsi və dayanıqlı inkişaf baxımından əhəmiyyəti vurğulandı. Tələbələrlə interaktiv müzakirələr aparıldı, real sahə təcrübələrindən nümunələr təqdim olundu və onların gələcək karyera imkanları ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.

