Ombudsmanın nümayəndələri Suriyadan gətirilən repatriantlarla görüşüblər
Aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış beş nəfər (iki qadın və üç uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.
Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.

