“Hər Gün” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.

