Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Yerveinsan.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 29-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava müşahidə olunacaq.

 Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 300-800 metrədək məhdudlaşa bilər.