Yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb

Ötən gün Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən  bildirilib.

Qeyd olunub ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda isə 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, bir nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.