Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb
Noyabrın 28-i saat 6 radələrində Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdfarəsindən Averilən məlumata görə, E.Abdullayev “Nissan” markalı avtomobillə hərəkətdə ikən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən “KİA” markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət alıb.
Həmin yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır.
“Baş Dövlət Yol Polisi İdarəsi eyni səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”, - deyə məlumatda bildirilir.

