“Məsumə” şirniyyat sexində nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən Fəxriyyə Süleyman qızı İmanovaya məxsus “Məsumə” şirniyyat emalı sexində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə divar səthlərinin asan təmizlənən materialla üzlənilmədiyi, emal prosesində istifadə edilən suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

