Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu tətbiq edilməklə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən 4 adda 448 kapsul və 81 ədəd dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.