AQTA nöqsanlarla bağlı növbəti icmalını təqdim edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlarla bağlı növbəti icmalını təqdim edib.

Bu barədə AQTA məlumat yayıb.

 Bildirilib ki, plandankənar yoxlamalar zamanı Bakı və Yevlax şəhərlərində, eləcə də Saatlı rayonunda fəaliyyət göstərən qida və ictimai iaşə obyektlərində sanitariya-gigiyena qaydalarının, işçi masalarına dair sanitariya tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlanıb.

Müəyyən edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, nöqsanlar aradan qaldırılanadək obyektlərə məhdudiyyətlər tətbiq edilib.